27 fevral 2025 at 19:18
Jurnalist kodu: 5561
Xəbər kodu: 85764437
T T
0 Persons

General Təngsiri: Üç rəqəmli sürətə malik qayıqlar yarada bildik

27 fevral 2025 at 19:18
Xəbər kodu: 85764437
General Təngsiri: Üç rəqəmli sürətə malik qayıqlar yarada bildik

Bəndər Abbas - İRNA - General-mayor Təngsiri deyib: “Bu gün biz 35 yaşdan aşağı gənclər tərəfindən üç rəqəmli sürətə malik gəmilərin inşasına nail olduq ki, bu da sanksiyalara baxmayaraq dünyada görünməmiş bir nailiyyətdir.”

General-mayor Əlirza Təngsiri cümə axşamı günü, Şəhid Delvari okean gəmisinin və doqquz sürətli raket katerinin SEPAH Hərbi Dəniz Qüvvələrinə daxil edilməsi mərasimində bildirib: “Bu gəmi və qayıqlar Araşdırma Təşkilatında yaşı 35-dən aşağı olan gənclər tərəfindən hazırlanıb. Ultra sürətli radarlardan yayınan "Heydər 110" sualtı qayığının əməliyyat məsafəsi 350 dəniz milidir.”

“Karbon və lifli gövdəyə malik bu qayığın uzunluğu 14 metr, eni 4,3 metr və hündürlüyü 2,8 metrdir və iki orta mənzilli qanadlı raketə malikdir” - deyə, o, bəyan edib.

General əlavə edib ki, uzunluğu 13 metr, sürəti 90 düyün olan “Tariq 3” sualtı qayığı da iki gövdəyə və karbon liflərə malikdir. Bu qayıq SEPAH Hərbi Dəniz Qüvvələrində dizayn edilmiş və biliyə əsaslanan şirkətdə hazırlanmışdır.

SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı deyib: “Bu qayığın əməliyyat məsafəsi təxminən 500 dəniz milidir, təxminən Bəndər Abbasdan Buşehrə qədər olan məsafəyə bərabərdir. Onun üzərində iki orta mənzilli raket quraşdırılıb.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .